Azərbaycanda 2 milyon manata helikopter satılır - 3 ƏDƏD SATIŞA ÇIXARILDI - ŞƏKİLLƏR

 Azərbaycanda 2 milyon manata helikopter satılır - 3 ƏDƏD SATIŞA ÇIXARILDI - ŞƏKİLLƏR

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılan dövlət əmlakının, nəqliyyat vasitələrinin müxtəlif olması alıcıların marağına səbəb olur.

Martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb.

Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

 


16:53 - 27 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin