təcili tibbi yardım maşını qəzaya düşdü

 təcili tibbi yardım maşını qəzaya düşdü

Gəncədə təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobili “KIA Sorento” markalı minik maşını ilə toqquşub.

Daha sonra təcili yardım avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.//apa

12:56 - 27 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin