Məşhur iş adamı, "Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədovun saxlanılması barədə yayılan xəbərə münasibət bildirib.
Hafiz Məmmədov açıqlamasında bildirib ki, saxlanılması ilə bağlı məlumat həqiqətəuyğun deyil:
"Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, 652 min Dövlət Sosial Müdafiə Fonduna (DSMF) borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu edə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Hafiz Məmmədov vurğulayıb ki, indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: "Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.
Qeyd edək ki, "Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması ilə bağlı məlumatı Moderator.az yayıb.//qafqazinfo