Ağdamda 30 minlik stadion tikiləcək

 Ağdamda 30 minlik stadion tikiləcək

Ağdamda 30 mindən çox tamaşaçı tutumuna malik yeni stadion tikiləcək.

 Bu barədə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna (Şuşa rayonu istisna olmaqla) daxil olan işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

 “Yeni stadion eyni yerdə, Pənahəli Xan sarayının kompleksində deyil, şəhərin daha geniş miqyaslı futbol infrastrukturunun yerləşdirilə biləcəyi başqa bir yerində yerləşəcək”, - deyə Emin Hüseynov bildirib.

 O qeyd edib ki, hazırda dizayn işləri aparılır.

 “Futbol stadionu ilə yanaşı, biz orada açıq və qapalı idman zalları tikməyi də planlaşdırırıq ki, burada müxtəlif idman növləri üzrə yarışların keçirilməsi mümkün olacaq.  Bu rayonda Azərbaycanın digər bölgələrindən də uşaqların gələ biləcəyi idman məktəbləri və yay idman düşərgələrinin yaradılması da nəzərdə tutulub”, - deyə E.Hüseynov bildirib.

14:40 - 3 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin