Fermaya hücum edib sahibini soydular, Xaçmazda film kimi olay

 Fermaya hücum edib sahibini soydular, Xaçmazda film kimi olay

Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar.

Bir nəfər Xaçmaz rayon sakini Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edərək iki nəfər üzdən tanıdığı şəxslərin  onun işlədiyi fermaya gələrək onu döydüklərini, ona qarşı qeyri-etik hərəkətlər edərək şəxsiyyətini alçaltdıqlarını və həmin şəxslər tərəfindən ona qarşı soyğunçuluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fuad Fərzəliyev və Şabran rayon sakini Ramil Qurbanov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində zərərçəkmişə qarşı hədə-qorxu gələrək 1 ədəd matorlu mişar, 60 manat pul və bir baş ördək aldıqlarını etiraf ediblər. 

12:13 - 26 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin