Bakıda kişi sərxoş vəziyyətdə dənizə düşüb

 Bakıda kişi sərxoş vəziyyətdə dənizə düşüb

Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.

11:19 - 26 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin