225 avtomat, 102 qumbaraatan, 68 pulemyot və daha nələr...

 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot və daha nələr...

İşğaldan azad edilmiş ərazilərdə polis tərəfindən aşkarlanan silah-sursatların siyahısı açıqlanıb.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilmiş hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 
Keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.
 

14:34 - 3 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin