Bakıda tanışını bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Cabir Sadıqov məhkəməyə apellyasiya şikayəti verib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.
İş üzrə məhkəmə baxış iclası fevralın 3-nə təyin olunub.
İttihama görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Cabir Sadıqov şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı tanışı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini olan şəxslərin ikisi də eyni qızı sevib. Qız isə Cabiri bəyənməyib və Tərxana qoşulub qaçıb. Onlar Bakıda məskunlaşıb yaşamağa başlayıblar. Bundan sonra isə Cabir Bakıda artıq başqası ilə ailə qurmuş qızı taparaq ona yaxınlaşıb niyə onunla evlənməməyini soruşub və ona qoşularaq qaçmağını təklif edir. Bu barədə qız Tərxana xəbər verdikdən sonra onlar görüşüb məsələyə aydınlıq gətirmək istəyiblər. Görüş zamanı aralarında mübahisə baş verib. Daha sonra isə mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Cabir Tərxana bir neçə bıçaq zərbəsi vuraraq öldürməyə cəhd edib.
Ağır bədən xəsarətlər alan yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyi nəticəsində onun həyatını xilasetmək mümkün olub.
Hadisəni törədən Cabir Sadıqov baş verənləri təsdiq edib. Lakin o, Səmaya birgə qaçmağı təklif etmədiyini, sadəcə niyə onunla evlənmədiyini soruşduğunu bildirib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cabir Sadıqov cinayəti törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunub.//olke.az