Ən vətənpərvər əhalisi olan Avropa ölkələrinin reytinqi açıqlanıb.
“EuropaMapas” ictimai rəyin öyrənilməsi mərkəzinin məlumatına görə, Azərbaycan əhalisinin ən vətənpərvər olduğu Avropa ölkələrinin reytinqində birinci yeri tutub.
Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi əllərində silahla vətən uğrunda döyüşməyə hazırdır. İkinci yerdə Gürcüstan vətəndaşlarıdır ki, onların 76%-i çəkinmədən istənilən vaxt vətənin müdafiəsinə qalxa bilər.
Üçüncü yerdə 74 faizlə Finlandiya vətəndaşlarıdır. Ondan sonra Türkiyə (73%), Ukrayna (62%), Rusiya (59%), Kosovo (58%), İsveç (55%), Bosniya və Herseqovina (55%) və Yunanıstan (54%) gəlir.