Şirvanda dəm qazı can aldı

 Şirvanda dəm qazı can aldı

Şirvan şəhərində dəm qazından boğulma hadisəsi baş verib. Asayis.Az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri "bağ evləri" adlanan ərazidə qeydə alınıb.

Şəhər sakini, 1956-cı il təvəllüdlü Lazım Mansurov evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

16:59 - 17 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin