Mikroavtobus suvarma kanalına aşdı: 6 qaçaq miqrant öldü - FOTO

 Mikroavtobus suvarma kanalına aşdı: 6 qaçaq miqrant öldü - FOTO

Türkiyədə qaçaq miqrantları daşıyan mikroavtobus suvarma kanalına aşıb. Asayis.Az "Haber Global"a istinadla xəbər verir ki, hadisə Şanlıurfa şəhərində baş verib.

Məlumata görə, hadisə nəticəsində 6 qaçaq miqrant həyatını itirib.

Açıqlamada qəza nəticəsində 5 nəfərin yaralandığı, ümumilikdə isə 25 nəfərin sağ-salamat xilas edildiyi bildirilib.

Şanlıurfa valisi Salih Ayhanın sözlərinə görə, mikroavtobusda 31 qanunsuz miqrant olub.

17:34 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin