Müdafiə Nazirliyi vətəbdaşlara - SƏSLƏNDİ

 Müdafiə Nazirliyi vətəbdaşlara - SƏSLƏNDİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir".

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixdən 18.12.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

16:17 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin