Azərbaycanda nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə o, 10 gün ərzində dövlət qeydiyyatından keçirilməlidir. Asayis.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə tələb “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə salınıb. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin iclasında üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.