Namizəd Səfərova hökm oxundu

 Namizəd Səfərova hökm oxundu

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Asayis.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki iclasda prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Namizəd Səfərov özünü təqsirli bilməyib.

14:10 - 26 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin