Maşını təmirə verdi, usta ehtiyat hissələrini oğurladı

 Maşını təmirə verdi, usta ehtiyat hissələrini oğurladı

Abşeron rayonunda avtomobil sahibi “Mersedes” markalı nəqliyyat vasitəsini təmir üçün ustaya təhvil verib.

Asayis.az xəbər verir ki, təmir məntəqəsində avtomobilin 4 min manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.

Polisin keçirdiyi tədbirlərlə oğurluğu edən usta, 28 yaşlı T.Teymurov saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

19:58 - 25 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin