Bakı Olimpiya stadionunda faciə- Azarkeş vəfat etdi

 Bakı Olimpiya stadionunda faciə- Azarkeş vəfat etdi

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürəktutma səbəb olub.

(c)Teleqraf

10:04 - 26 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin