Bakıda dəhşət: qadının evinə basqın edib, pəncərələri sındırdı - Video

 Bakıda dəhşət: qadının evinə basqın edib, pəncərələri sındırdı - Video

Sosial şəbəkələrdə vətəndaşın zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, yayılan kadrlardan bir şəxsin qadının evinə basqın edərək pəncərələri sındırdığı, təhqiramiz ifadələr səsləndirdiyi görünür.

Bildirilib ki, hadisəni törədən Abbas Tağı oğlu Həsənlidir.

Qadın həyatının təhlükədə olduğunu bildirərək sosial şəbəkə vasitəsilə kömək istəyib.

Məlumata görə, zorakılıq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

09:54 - 26 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin