FHN əlilliyi olan şəxslərə maarifləndirmə tədbiri keçirdi

 FHN əlilliyi olan şəxslərə maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Asayis.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd filialın əməkdaşlarına əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizəsi və təxliyəsi barədə biliklərin aşılanması olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

10:46 - 26 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin