FHN-in qüvvələri onun axtarışına cəlb edildi - Video

 FHN-in qüvvələri onun axtarışına cəlb edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Asayis.az xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

17:16 - 25 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin