Bakının bu ünvanında bina söküləcək

 Bakının bu ünvanında bina söküləcək

Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb. Asayis.Az ATV xəbər-ə istinadən bildirir ki, həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.

Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub. Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.  

10:17 - 16 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin