Bakıda oğurladığı pulla özünə Ayfon-18 alan şəxs tutuldu

 Bakıda oğurladığı pulla özünə Ayfon-18 alan şəxs tutuldu

Paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb.

Asayis.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərən özünə Ayfon-18 markalı mobil telefon alıb.

Araşdırmalar davam etdirilir.

15:42 - 25 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin