Yol göstərməliyik ki, təhsili olmayan övladını işə cəlb etməsin!

 Yol göstərməliyik ki, təhsili olmayan övladını işə cəlb etməsin!

Rüşvət alan məmurla yanaşı, ona rüşvət təklif edən tərəfi də qınamalıyıq.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

"Məmura rüşvət təklif etməsən, haradan alacaq? Rüşvət təklif edən tərəfə düzgün yolu göstərməliyik ki, fərasətsiz, təhsili olmayan övladını hədiyyələr və ya digər vasitələrlə işə cəlb etməsin. Bu, dövlətə də ziyandır", - deyə deputat vurğulayıb.

15:00 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin