Abbaszadə BDU-nun bu tələbələrinə hədiyyələr verdi – Foto

 Abbaszadə BDU-nun bu tələbələrinə hədiyyələr verdi – Foto

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan BDU komandasının üzvləri ilə görüşüb.

Asayis.az xəbər verir ki, rektor tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, elmi tədqiqatlara maraq göstərməsinin və intellektual müsabiqələrdə fəal iştirakının sevindirici hal olduğunu bildirib.

Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilmələrinin vacibliyini vurğulayaraq, tələbələrin əcnəbi dillərə marağının artırılması ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini və onların təşəbbüslərinə hər zaman açıq olacağını diqqətə çatdıran rektor universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə də maraqlanıb.

Daha sonra rektor “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan komanda üzvlərinin təkliflərini dinləyib.

Sonda tələbələrə hədiyyələr təqdim olunub.

13:04 - 24 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin