Astarada qəza: 5 kəndin qazı kəsildi

 Astarada qəza: 5 kəndin qazı kəsildi

Astaranın Ərçivan qəsəbəsində yol qəzası baş verib.

Asayis.az xəbər verir ki, hadisə nəticəsində qəsəbədən keçən qaz xətti zədələnib.

Hadisə ilə əlaqədar səhər saatlarından etibarən Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

11:20 - 22 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin