TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı

 TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı

Gəncədə bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanan xəstəxananın şöbə rəhbəri vəzifəsindən azad edilib.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji Şöbəsinin müdiri Sevda Əsgərova işdən çıxarılıb.

Qeyd edək ki, bir müddət öncə TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən bu şöbədə də araşdırma aparılıb və çatışmazlıqlar üzə çıxıb.

13:34 - 21 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin