Çayxananı qumarxanaya çevirənlər saxlanılıb

 Çayxananı qumarxanaya çevirənlər saxlanılıb

Şabranda qumar oynayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov  və Elvin Əliyev saxlanılıblar.

Polis şöbəsində üzərilərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

12:47 - 24 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin