Maşın su arxına aşdı: ölən var

 Maşın su arxına aşdı: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə rayonun Bahar qəsəbəsində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobili su arxına aşıb.

Hadisə nəticəsində sürücü ölüb, sərnişin 1967-cı il təvəllüdlü Həbib Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

09:36 - 19 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin