Ağdam üçün 135 milyon pul ayrılır

 Ağdam üçün 135 milyon pul ayrılır

Ağdamda 7 məhəllə üzrə yaşayış binalarının tikintisi üçün 135,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Asayis.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib.

Layihə çərçivəsində Ağdam şəhərində 437, 438, 439, 440, 442,443, 444 saylı məhəllələrdə yaşayış binaları tikiləcək.

Tenderin ehtimal olunan qiyməti 135 milyon 491 min 453,82 manatdır.

Tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi dekabrın 12-nə təyin edilib.

17:28 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin