Ərdoğan nə qədər maaş alır?

 Ərdoğan nə qədər maaş alır?

Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı  bəzi açıqlamalar verib.

Asayis.Az Türkiyə mediasına istinadla xəbər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı sualı cavablandıran Oktay "2022-ci il büdcəsində Prezidentimizin aylıq maaşı cəmi 66 min 445 TL-dir (6 min 60 azn). Bu tarixdən bəri Prezidentimizin maaşında heç bir artım olmayıb", - deyə bildirib.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qurumların 2023-cü il büdcəsi qəbul edilib.

15:16 - 14 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin