Qonşusunu bıçaqladı, pulunu aldı

 Qonşusunu bıçaqladı, pulunu aldı

Bakıda qonşusunu bıçaqlayan şəxs tutulub.

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə yanvarın 23-də saat 3 radələrində 3-cü Alatava yaşayış sahəsində yaşayan N.Əhmədova evində bıçaqla xəsarət yetirilməsi və pulunun alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən qonşusu Ə.Əlizadə müəyyən edilərək saxlanılıb. Nəsimi RPİ-də araşdırma aparılır.

11:47 - 24 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin