Bakıda məşhur restoranda yoxlama: ət və salatda... - Foto

 Bakıda məşhur restoranda yoxlama: ət və salatda... - Foto

Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağlı aparılan araşdırmalar yekunlaşıb. Agentliyin əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı müəssisənin ümumi sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Həmçinin qida məhsullarının emalı və saxlanılması prosesində bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi aşkarlanıb.

Laborator müayinələrin nəticələrinə əsasən, çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria monocytogenes, paytaxt salatında isə Escherichia coli (E.coli) bakteriyaları aşkar edilib.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

17:18 - 12 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin