Emin Əmrullayev bu xanıma yüksək vəzifə verdi - Foto

 Emin Əmrullayev bu xanıma yüksək vəzifə verdi - Foto

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

11:14 - 12 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin