Bərdədə 40 yaşlı kişinin meyiti tapıldı

 Bərdədə 40 yaşlı kişinin meyiti tapıldı

Bərdə rayonunda 40 yaşlı kişinin meyiti yaşadığı evdə tapılıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma başlanılıb

18:26 - 10 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin