Bir ailənin 9 üzvü pomidor turşusundan zəhərləndi

 Bir ailənin 9 üzvü pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda bir ailənin 9 üzvü qidadan zəhərlənib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri olan bir ailənin 3-ü uşaq olmaqla 9 üzvü səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib.

Göstərilən tibbi yardımlardan sonra onlar günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.

Bildirilib ki, həmin ailənin üzvləri ev şəraitində hazırlanmış pomidor turşusu yedikdən sonra səhhətlərində problem hiss ediblər.

16:50 - 12 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin