Rəsmi sənədləri saxtalaşdırmaq ittiham olunan Türkər Əliyevadan zərərçəkənin kimliyi bilinib.
Asayis.az xəbər verir ki, bu barədə lent.az-a Türkər Əliyevanın vəkili Hikmət Əliyev məlumat verib.
Onun sözlərinə görə, Türkər Əliyevadan şikayət edən ANAMA-nın rəis müavini general-mayor Ceyhun Rzayevdir. H. Əliyev hazırda xaricdə olduğu üçün işlə bağlı əlavə məlumatı olmadığını deyib.
Məlumata görə, iş üzrə dəyən zərərin məbləği 100 min manatdan artıqdır. Bildirilib ki, Türkər Əliyeva alqı-satqı zamanı qanunsuz hərəkətlərə yol verib.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
