Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr...

 Bakıda məşhur xəstəxana bağlanır - Xəstələr...

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.

Asayis.az Bakı.vs-ə istinadla xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.

Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Qeyd edək ki, Saray qəsəbəsində Modul tipli vərəm əleyhinə xəstəxana fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.

11:22 - 10 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin