Bakıda kişi yanaraq öldü

 Bakıda kişi yanaraq öldü

Bakının Xəzər rayonu, Binə qəsəbəsində noyabrın 11-də yanıq xəsarəti alan kişi ölüb.

Asayis.az xəbər verir ki, ötən gün saat 14 radələrində qəsəbə sakini 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:32 - 12 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin