Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahil Park ərazisində ölüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
