Ağdaşda “Heyva festivalı” keçirildi - Video

 Ağdaşda “Heyva festivalı” keçirildi - Video

Ağdaş rayonunda “Heyva festivalı”na start verilib.

Asayis.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi rayonun aqrar potensialını, yerli məhsullarını və turizm imkanlarını tanıtmaqdır.

Festival çərçivəsində Ağdaşın kənd təsərrüfatı sahəsindəki nailiyyətləri, heyvaçılıq ənənələri və yerli istehsalçıların məhsulları nümayiş olunur.

Fermer və sahibkarların iştirakı ilə sərgi-satış yarmarkası da təşkil edilib. Tədbirin builki yeniliklərindən biri müasir texnologiyalara yer ayrılmasıdır. İlk dəfə olaraq festivalda robot texnologiyaları, süni intellekt, innovativ həllər, startap layihələri və alternativ enerji nümunələri təqdim olunur.

“Heyva festivalı” yerli istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığın və aqroturizmin inkişafı, eləcə də Ağdaşın yerli məhsullarının və milli kulinariya nümunələrinin daha geniş auditoriyaya tanıdılması baxımından əhəmiyyət daşıyır.

17:46 - 7 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin