Bu yollarda sürət həddi endirildi

 Bu yollarda sürət həddi endirildi

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

13:20 - 7 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin