Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Asayis.az xəbər verir ki, bu barədə Leyla Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.
O, paylaşımda "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzinə səmimi ziyarəti və hədiyyələri üçün Çin səfirinə təşəkkür edib.
