19 yaşlı gənc həmkəndlisini bıçaqladı

 19 yaşlı gənc həmkəndlisini bıçaqladı

Qazaxda həmkəndlilər arasında dava düşüb, bıçaqlanan var.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq yarası ilə Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, adıçəkilən şəxsi həmkəndlisi 19 yaşlı Fərid Musayev tərəfindən bıçaqlanıb.

Artıq F. Musayev saxlanılıb, faktla bağlı araşdırma aparılır.

09:46 - 7 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin