Rusiya Ukraynaya fevralın 20-də hücum edə bilər - Ukraynalı general

 Rusiya Ukraynaya fevralın 20-də hücum edə bilər - Ukraynalı general

Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər. O, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

“Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir”, - deyə ukraynalı general bildirib. O xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günüdür və Rusiya bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürüb.

Pavlyuk eyni zamanda yeni Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin “çox ağır olacağını” vəd edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər.

Pavlyuk qeyd edib ki, Ukrayna hazırda Rusiyanın təcavüzünü dəf etməyə fəal şəkildə hazırlaşır. Hərbçilərlə birlikdə ölkəni qoruyacaq ərazi müdafiə bölmələri yaradılıb. Söhbət bütün Ukrayna üzrə 100 mindən çox könüllüdən gedir. General hesab edir ki, Kreml ölkənin hərbi və sənaye potensialına maksimum ziyan vurmaq üçün zərbələrini ölkənin cənub-şərqində cəmləşdirəcək, həmçinin onu Qara dənizdən kəsməyə çalışacaq. "Ruslar şərqdə təkcə Donetsk və Luqanskla kifayətlənməyəcək", - Pavlyuk əmindir.

22:58 - 23 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin