Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

 Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb. Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə nəticəsində heç bir partlayış hadisəsi baş verməyib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb. Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

16:45 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin