Kəlbəcər, Laçın, Şuşada hava necə olacaq? - FAKTİKİ HAVA

 Kəlbəcər, Laçın, Şuşada hava necə olacaq? - FAKTİKİ HAVA

"Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 13-də Kəlbəcər, Laçın, Şuşada hava əsasən yağmursuzdur, arabir duman müşahidə olunur. Qərb küləyinin sürəti 3-8 m/s-dir. Havanın temperaturu gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 0-4 dərəcə şaxta olacaq".

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Asayis.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən ərazilərdə hava şəraiti dekabrın 14-də əsasən yağmursuz keçəcək, arabir duman olacaq, qərb küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

“Dekabrın 15-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq, qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək”.

G.Məmmədovanın sözlərinə görə, dekabrın 16-da Kəlbəcər, Laçın, Şuşada hava əsasən yağmursuz, arabir dumanlı olacaq, qərb küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

“Sözügedən ərazilərdə dekabrın 17-də də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq, qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq”.

16:25 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin