Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

 Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Bakının Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasına yeni baş həkim təyin olunub.

Asayis.az Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qələmzər Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsinə təyinat alıb.

O, əvvəllər 7 saylı poliklinikanın baş həkiminin müavini işləyib. Bu ilin iyulundan isə həm də baş həkimin səlahiyyətlərini müvəqqəti icra edirdi.

Xatırladaq ki, 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova bu ilin iyulunda vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu tibb müəssisəsi Bakının ən böyük poliklinikalarından biridir.

20:46 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin