Salyan sakinini ölümlə hədələyən şəxs tutulub

 Salyan sakinini ölümlə hədələyən şəxs tutulub

Salyan rayon sakinini ölümlə hədələməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb.

Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

15:59 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin