Azərbaycana gətirilən minik avtomobilləri ilə bağlı YENİLİKLƏR OLACAQ

 Azərbaycana gətirilən minik avtomobilləri ilə bağlı YENİLİKLƏR OLACAQ

Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.

Asayis.Az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Avtomobillərə “Avro-4” standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil”, - deyə o qeyd edib.

15:10 - 13 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin