Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib.
Bu barədə məlumat onun rəsmi saytında dərc olunub.
Sarkisyan qeyd edib ki, istefasına səbəb onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
"Ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün prezidentin lazımi alətləri yoxdur. Dövlətimiz üçün çətin, milli birliyə ehtiyac duyulan bu vaxtda prezident institutu dedi-qodu və konspirasiya obyektinə çevirilməməli, bununla da ictimaiyyətin diqqətini ən mühüm məsələlərdən yayındırmalıdır", - deyə o bildirib.