Bakıda BMV klinikaya çırpıldı - Foto

 Bakıda BMV klinikaya çırpıldı - Foto

Paytaxtın Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, yol ayrıcında baş verən qəza zamanı BMV və “Hunday” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən BMV markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.

Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər.

14:14 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin